Həftənin əvvəlində Yaponiya sahillərində baş verən güclü zəlzələ, son məlumatlara görə, ən azı 94 nəfərin ölümünə səbəb olub, daha 200-dən çox şəxs itkin hesab edilir. Bu barədə cümə günü NHK telekanalı xəbər verir.
Daha öncə məlumat verilib ki, zəlzələ qurbanlarının sayı təxminən 80 nəfərdir.
İsikava prefekturasında yeraltı təkanlardan zərər çəkən xilasedicilərin işi bir çox yolların hələ də sıradan çıxması ilə çətinləşir. **