«Hizbullah» hərəkatı Beyrutda HƏMAS-ın siyasi bürosu sədrinin müavini Saleh əl-Arurininölümünə cavab olaraq İsrailin şimalındakı hərbi bazaya 60-dan çox reaktiv mərmi ilə zərbə endirib.
"Böyük lider Saleh əl-Arurinin qətli ilə bağlı görülən hərəkətlərin birinci mərhələsi çərçivəsində (...) "Hizbullah" hava məkanına nəzarətin həyata keçirildiyi Meronda 62 fərqli reaktiv mərmi ilə bazaya hücum edib", - Qərb mediası “Hizbullah"ın bəyanatına istinadən məlumat verir.
Öz növbəsində, “The Times of Israel” xəbər verir ki, şənbə günü Livanla sərhəddəki 90 İsrail yaşayış məntəqəsinə hava həyəcanı siqnalı verilib. Daha sonra İsrail Müdafiə Ordusundan (İMO) məlumat verilib ki, Livandan Meron dağı istiqamətində 40 reaktiv mərmi buraxılıb; digər rayonlara mərmi və ya PUA buraxılması qeydə alınmayıb. İMO əlavə edib ki, mərmilərin işə salındığı yerə cavab zərbəsi endirilib.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb. **