şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinken ilə İsveçin NATO-ya qəbul üçün müraciəti və Ankaraya F-16 qırıcılarının satılması ilə bağlı danışıqlar aparıb. Bu barədə «Anadolu» agentliyi xəbər verir.
Söhbətin digər mövzusu isə Qəzza zolağındakı vəziyyət olub. Həmçinin, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyk iştirak edib.
Görüş media üçün qapalı rejimdə keçirilib. **