Aİ-nin xarici işlər üzrə yüksək nümayəndəsi Jozep Borrel Livanda olarkən bu ölkənin cəlb edilə biləcəyi regional münaqişədən çəkindirib. Bu barədə Avropa mediası xəbər verir.
"Yaxın Şərqdə regional eskalasiyadan çəkinmək lazımdır. Livanın regional münaqişəyə cəlb edilməsinin qarşısını almaq lazımdır", - Borrel şənbə günü Beyrutda keçirilən mətbuat konfransında bildirib.
«Mən bu siqnalı İsrailə də göndərirəm: regional münaqişədən heç kim qazanmayacaq», - Aİ diplomatiyasının rəhbəri əlavə edib. **