Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı filialı simulyasiya avadanlıqları və simulyasiya avadanlıqların sərfiyyat materiallarının satın alınmasına təqribən 1,5 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, "SOLAMEDICAL" MMC ilə 1 milyon 495,2 min manat dəyərində müvafiq müqavilə imzalanıb.
İşlərin icra müddəti – 27 dekabr 2024-cü ilə qədərdir. **
R.Kərimov