Azərbaycan hökuməti 2024-cü il üçün qeyri neft-qaz sənaye istehsalının 8,5% səviyyəsində artımını proqnozlaşdırır.
Hökumətdən «İnterfaks-Azərbaycan» agentliyinə verilən məlumata görə, ölkə hakimiyyətinin qiymətləndirmələrinə əsasən, 2025-2027-ci illərdə qeyri-neft sənayesi istehsalının orta illik tempi 9,4% təşkil edəcək.
Hökumətdən vurğulanıb ki, 2022-ci ildə qeyri neft-qaz sənaye istehsalının artımı 7,1% təşkil edib.
2024-2027-ci illərdə qeyri neft-qaz sektorunda sənaye istehsalının artmasına sənaye parklarında məhsul istehsalının genişlənməsi, dövlət-özəl sektor kooperasiyanın inkişafı, bu sahəyə investisiya cəlb edilməsi və s. tədbirlər müsbət təsir göstərəcək. **
R.Əhmədov