Azərbaycan hökuməti 2027-ci ildə qeyri neft-qaz ixracının $5 milyar 291,4 milyona qədər artımını proqnozlaşdırır.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi $3 milyard 47,67 milyon (2021-ci ilin göstəricisindən +12,3%) təşkil edib.
Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, 2023-cü ildə qeyri neft-qaz ixracı $3 milyard 340,8 milyon təşkil edəcək.
“İnterfaks-Azərbaycan”a məlumat verilib ki, proqnozlara əsasən, 2024-cü ildə Azərbaycanın qeyri neft-qaz ixracı $3 milyard 746,7 milyon və ya ölkənin bütün ixracının 17,1%-ni təşkil edəcək.
“Proqnozlara əsasən, 2025-ci ildə Azərbaycanın qeyri neft-qaz ixracı $4 milyard 197,8 milyona qədər, 2026-cı ildə - $4 milyard 711,2 milyona qədər, 2027-ci ildə – $5 milyard 291,4 milyona qədər artacaq və ya ölkənin bütün ixracının 27,7%-ni təşkil edəcək”, - hökumətdən vurğulanıb. **
A.Əzizov