Bazar günü Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Həmin gün Əluyev Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyser(Alain de Muyser) və Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın (Cesar Augusto de las Casas Diaz) etimadnamələrini qəbul edib. **
R.Kərimov