Şahin Mahmudzadə, Rəşad Məmmədov və Rəna Məlikova Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorları təyin olunublar.
“İnterfaks-Azərbaycan”a AMB-nin mətbuat xidmətindən məlumat verilib ki, 7 yanvar 2024-cü il tarixində Mahmudzadə, Məmmədov və Məlikova baş direktorlar təyin olunublar.
Mahmudzadə 2023-cü ilin iyul ayındam 2024-cü il yanvar ayına qədər AMB sədrinin müşaviri vəzifəsini tutub.
Məmmədov 2023-cü ilin noyabr ayından 2024-cü il yanvar ayına qədər AMB sədrinin müşaviri vəzifəsini tutub.
Məlikova 1993-cü ildən etibarə AMB-nin sistemində işləyir, 2000-ci ilin mart ayından etibarən Hüquq departamentinin direktoruolub.
Beləliklə, AMB-nin baş direktorlarının ümumi sayı 11-dək artıb. **
R.Əhmədova