İordaniya kralı II Abdullah ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib və ona İsrailin Qəzza zolağında hərbi əməliyyatının davam etdirilməsinin «fəlakətli nəticələri» barədə bəyan edib. Bu barədə «Times of Israel» nəşri xəbər verir.
Nəşrin məlumatına görə, İordaniya kralı həmçinin qeyd edib ki, Vaşinqton «mühüm rol oynamalı və Qəzza zolağında dərhal sülhə razılıq verməsini israr etməklə İsrailə təzyiq göstərməlidir».
Öz növbəsində, “Associated Press” agentliyi məlumat verir ki, Blinken həmçinin İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi ilə görüşüb və Qəzza zolağına çatdırılan humanitar yardımın saxlanıldığı Ammandakı Ümumdünya Ərzaq Proqramının anbarında olub. **