Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etməyi planlaşdırarkən, Aİ-nin inkişafı və möhkəmlənməsi naminə «vətəndaşlarla birbaşa dialoq üçün qayıdır». Bu barədə Avropa rəsmisi jurnalistlərə bildirib.
"2024-cü il həlledici olacaq. Bu seçkilər ili cari onilliyin sonunda Aİ-nin inkişafı və möhkəmlənməsi üçün təməl qoyacaq və istiqaməti müəyyənləşdirəcək. Aİ Şurası prezidentinin 2030-cu ilin Avropası ilə bağlı öz görüşü var və onu həyata keçirmək üçün güclü səs olacaq", - mənbə bazar günü Brüsseldə deyib.
Aİ funksionerinin sözlərinə görə, Mişel «öz maraqları və dəyərlərinə uyğun olaraq suveren qərarlar qəbul edə bilən güclü və qüdrətli Avropanı qorumaq istəyir». O, həmçinin «yalnız Avropa üçün deyil, həm də hər bir vətəndaş üçün vəziyyəti yaxşılığa doğru çevirə biləcək iş yerlərinin yaradılması, çiçəklənməsi və böyüməsi üçün» Aİ-nin vahid bazarının sağaldılması naminə işləmək niyyətindədir.
Praktik məsələlər üzərində dayanarkən məmur izah edib ki, Mişel Aİ Şurasının prezidenti olaraq Avropa Parlamentinə seçkilərdə namizəd ola bilər. Bunun üçün heç bir hüquqi və ya digər maneə yoxdur. Deputat andı içənə qədər o, «Aİ Şurasının prezidenti kimi özünü roluna və vəzifələrinə tam həsr etməyə davam edəcək».
O əlavə edib ki, istənilən halda Aİ Şurasının növbəti prezidentinin seçkiləri 2024-cü ilin iyununda keçirilməlidir. Mişelin hazırkı vəzifəsində səlahiyyət müddəti 2024-cü il noyabrın 30-dək davam etməli idi. **