Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünün dayandırılması ilə bağlı qərar qəbul edib.
“Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusilə Qəzza zolağının şimalında dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edir”, - deyə Qərb mətbuatı ÜST-ün açıqlamasına istinadən bildirir.
ÜST-dən qeyd olunub ki, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü anklavın şimalında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulmuşdu.
BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü qismən fəaliyyət göstərir.*