2020-2040-cı illərdə Bakı şəhərinin inkişafına cəlb olunacaq xarici investisiyalar $30,32 milyard məbləğində qiymətləndirilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu proqnoz Nazirlər Kabinetinin 2023-cü il dekabrın 30-da təsdiq etdiyi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb.
Baş planın əsas hədəf göstəricilərinə əsasən, 2020-2040-cı illərdə Bakı şəhəri üzrə ÜDM-in artım tempi 78% təşkil edəcək.
2040-cı ilədək investisiya qoyuluşu üçün nəzərdə tutulan ərazilər 24 min ha təşkil edəcək.*
R.Əhmədov