Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Yanvarın sonunda delimitasiya üzrə komissiyaların növbəti görüşünün keçirilməsi ilə bağlı razılıq var. Ümid edirik ki, bu görüş baş tutacaq”, - deyə Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
2023-cü il noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan iki ölkənin sərhədində baş tutmuş görüşdə delimitasiya məsələləri üzrə komissiyaların görüşlərinin intensivləşdirilməsi barədə razılığa gəliblər.*