Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 9-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 9-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8625 manat/1EUR səviyyəsində (yanvarın 8-nə 1.8587 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0186 manat/1RUB səviyyəsində saxlayıb.
AMB yanvarın 9-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0568 manat/1TRY səviyyəsində (yanvarın 8-nə 0.0571 manat/1TRY) müəyyən edib. **
B.Rüstəmbəyov