2023-cü ildə Azərbaycanda bankların aktivləri ilkin qiymətləndirmələrə görə, 4,5% - 49,2 milyard manatadək artıb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bəyan edib.
“İlkin məlumatalara görə, 2023-cü ilin yekunları üzrə bank sektorunun aktivləri təxminən 49,2 milyard manat təşkil edib, bu da 2022-ci ilin göatəricisindən 4,5% çoxdur”, - Nuriyev çərşənbə axşamı Bakıda keçiriən"Nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
O, həmçinin qeyd edib ki, ötən il ərzində bankların kredit portfeli 18,3% artaraq23,2 milyardmanata çatıb. 2023-cü ilin sonuna kreditlərin dollarlaşma səviyyəsi 18,8%-dək azalıb.
Nuriyevin sözlərinə gərə, 2023-cü ilin yekunları üzrə banklarda depozit və əmnaətlərin həcmi 2,3% - 34,6 milyard manatadək artıb. Həmçinin, fiziki şəxslərin depozitlərinin həcmi 12,5 milyard manata bərabərdir, bu da 2022-ci ilin sonuna olan göstəricidən 9,2% çoxdur.
Assosiasiyanın sədri vurğulayıb ki, 2023-cü ildə Azərbaycanda ank sektorunun kapitallaşması 8,4% - 6,1 milyard manatadək artıb.
“2023-cü ildə bankların xalis mənfəəti 17% artaraq 1,1 milyardmanata yaxın təşkil edib”, - Nuriyev əlavə edib. **
X.Nəsirzadə