Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesblı Əsaslı Tikinti və Təchizat İdarəsi 2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına 33 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, "EL-OBA" QSC ilə 32 milyon 872,634 min manat dəyərində müvafiq müqavilə imzalanıb.
İşlərin icra müddəti – 31 dekabr 2024-cü ilə qədərdir. **
R.Kərimov