Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $74,9 milyon satıb.
Dekabrın 28-də keçirilən hərracda banklara $77,8 milyon məbləğində xarici valyuta satılmışdı.
“Yanvarın 9-da keçirilən hərracda tələb $74,9 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2023-cü ildə valyuta hərraclarında $2 milyard 689,4 milyon məbləğində xarici valyuta (2022-ci illə müqayisədə azalma 42,6% - İF) satıb.**
X.Nəsirzadə