2023-cü ildə Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $969,2 milyon təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 6,2% çoxdur.Bu barədə “İnterfaks-Azərbaycan” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
İxracın ümumi həcmində aqrar məhsulların payı $768,2 milyon (+7,1%), aqrar sənaye məhsullarının payı $201 milyon (+3,2%) təşkil edib.
2022-ci ildə Azərbaycan $912,4 milyon dəyərində aqrar və aqrar sənaye məhsulları ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur. İxracın ümumi həcmində $717,6 milyon (+6,7%) aqrar məhsulların, $194,8 milyon (+35,4%) aqrar sənaye məhsullarının payına düşüb.**
B.Rüstəmbəyov