Aİ diplomatiyasının rəhbəri Jozep Borrel Səudiyyə Ərəbistanına səfərinin yekunlarına dair Qəzza əhalisinin dramatik humanitar vəziyyətini və münaqişənin regional miqyasda eskalasiyası riskini qeyd edib.
Çərşənbə axşamı çıxışı zamanı Borrel Qəzza zolağındakı vəziyyəti dəhşətli adlandıraraq, «yüz minlərlə insanın evsiz qaldığnı, ərzaqlarının olmadığını, son dərəcə ağır vəziyyətdə olduğunu» bildirib.
«İkincisi, Livan-İsrail sərhəddində regionunda, eləcə də Qırmızı dəniz ərazisində eskalasiya riski yüksəkdir», - Aİ-nin xarici işlər üzrə yüksək nümayəndəsi deyib.
"Biz müharibənin böyüməsinin qarşısını almalıyıq. Müharibəni genişləndirmək deyil, dayandırmaq lazımdır. Müharibənin genişlənməsinin qarşısını almaq üçün yeganə yol İsrail və Fələstin arasındakı münaqişənin siyasi həllini axtarmaqdır", - Borrel bəyan edib.
Onun sözlərinə görə, «yalnız saziş, siyasi razılaşma - iki dövlətin yaradılması qərarı ilə İsrail təhlükəsizlikdə ola bilər». "İndi biz Qəzza zolağında mülki şəxslərin qətlini dayandırmalıyıq. Bu çoxsaylı qurbanları dayandırmalıyıq. HƏMAS ləğv edilməlidir. Lakin HƏMAS ideyadır, o ideyanı təmsil edir, ideyanı isə öldürmək olmaz. İdeyanı, pis ideyanı yox etməyin yeganə yolu - ən yaxşısını təklif etməkdir, Fələstin xalqına, onun ləyaqətinə, azadlığına, onun təhlükəsizliyinə üfüqi açmaqdır, bu da İsrailin təhlükəsizliyi ilə eyni vaxtda həyata keçirilməlidir", - Avropa diplomatiyasının rəhbəri vurğulayıb. **