Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva məlumat verib ki, 2023-cü il dekabrın əvvəlində Azərbaycanda Fransa vətəndaşı Martin Ryan casusluqda şübhəli bilinərək həbs olunub.
«Casusluq fəaliyyətində şübhəli bilinən Fransa vətəndaşı Martin Ryan 2023-cü il dekabrın 4-də Azərbaycanda saxlanılıb», - Abdullayeva çərşənbə axşamı AFP-yə bəyan edib.
O qeyd edi ki, məhkəmənin qərarı ilə Ryan (“Merkorama” MMC-nin baş direktoru vəzifəsini tutan) 4 ay müddətinə həbs olunub.
daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. **
R.Kərimov