Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bəyan edib ki, Əbu-Dabi Bakı ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
“Biz Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında, iki ölkənin və iki xalqın rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq”, - o, çərşənbə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
“(...) münasibətlərimizin inkişafı öz başlanğıcındadır. Biz də öz növbəmizdə ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin yaradılması istiqamətində səylərimizi səfərbər edirik”, - BƏƏ prezidenti əlavə edib.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. **
R.Kərimov