2023-cü il dekabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $11 milyard 613 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2022-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $8 milyard 995,7 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb.
Dekabrda AMB-nin valyuta ehtiyatları 9,4% və ya $997,1 milyon artıb.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 27,1% artıb.**
R.Əhmədov