“Azərksomos” Kosmik Agentliyi “Azerspace-1” peykinin sığortalanması xidmətlərinin satın alınması üzrə tender elan edir.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, tender elanına əsasən, xidmətlər bir il müddətinə - 2024-cü ilin fevral ayından 2025-ci ilin fevral ayına qədər nəzərdə tutulmalıdır.
“Azerspace-1” peyki $66,5 milyon dəyərində qiymətləndirilir.
Tender üzrə təkliflərin qəbulu 6 fevral 2024-cü ilə (17:00) qədər həyata keçiriləcək. Tender təkliflərinin açılışı 7 fevral saat 17:00-da baş tutacaq.
Tenderdə iştirak üçün dövlət rüsumu 1 min manatdır.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. **
N.Abbasova