“Bank Melli İran”ın Bakı filialı 2023-cü ildə aktivlərini 26% - 121 milyon 764,398 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
Hesabat dövründə bankın kredit portfeli 2,3 dəfə - 4 milyon 78,549 min manata qədər azalıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 46 milyon 229,607 min manat (31 dekabr 2022-ci il tarixinə olan göstərici ilə müqayisədə azalma 22,3% - İF), investisiya qiymətli kağızları 35 milyon 114,539 min manat (artım 47,2%) təşkil edir.
31 dekabr 2023-cü il tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 80 milyon 607,399 min manata (artım 35,9%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 1,7 dəfə – 19 milyon 241,347 min manata qədər azalıb, müştəri hesabları 4,9 dəfə - 44 milyon 27,262 min manata qədər artıb.
Bankın kapitalı 41 milyon 156,999 min manat (artım 10,4%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2023-cü ilin yekunları üzrə bankın filialının xalis mənfəəti 3 milyon 871,287 min manat məbləğində (2022-ci illə müqayisədə artım 2,1 dəfə) olub. 2023-cü il dekabrın 31-nə bankın ödənilməmiş zərəri 32 milyon 454,173 min manat məbləğində (azalma 10,7%) qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.**
X.Nəsirzadə