Portuqaliya 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan təqribən 631,3 min ton neft idxal edib, bu da 2022-ci ilin aeyni dövrü ilə müqayisədə 1,8 dəfə azdır.
“İnterfaks-Azərbaycan” agentliyinin Portuqaliya Milli Statistika İnstitutunun (INE) məlumatına əsasən hesablamalarına görə, hesabat dövründə tədarükün həcmi pul ifadəsində təxminən 404,6 milyon avro (ildən ilə azalma 2 dəfə) həcmində qiymətləndirilir.
2023-cü ilin noyarb ayında Azərbaycan Portuqaliyaya təxminən 138,2 min ton (ildən ilə azalma 1%-ə yaxın) neft ixrac edərək əsas tədarükçü ölkə olub. Bir aylıq fasilədən sonra Portuqaliya Azərbaycandan neft idxalını bərpa edib və bu məqsədlərə təqribən 94,6 milyon avro (azalma 12,4%) yönəldib.
INE-nın məlumatına görə, 2022-ci ildə Portuqaliya Azərbaycandan 1,1 milyon ton neft (2021-ci ilə qədər -3,4%) idxal edib. Hesabat dövrü ərzində dəyər ifadəsində tədarük 53,5% - 816,5 milyon avroya qədər artıb. **
R.Kərimov