ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) 2024-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı üzrə proqnozu 10 min barel artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə EIA-in aylıq proqnozunda bildirilir.
İdarənin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı 0,61 milyon barel (dekabr proqnozu 0,60 milyon barel) təşkil edəcək. 2024-cü ilin I rübündə gündəlik hasilat 0,61 milyon barel (dekabr proqnozu 0,59 milyon barel), II və III rüblərdə 0,61 milyon barel (dekabr proqnozu 0,6 milyon barel), IV rübdə isə 0,62 milyon barel (dekabr proqnozu 0,61 milyon barel) səviyyəsində proqnozlaşdırılır.
Proqnozlara görə, 2025-ci ildə Azərbaycanda gündəlik 0,65 milyon barel maye karbohidrogen hasil olunacaq. I rübdə gündəlik neft hasilatı 0,63 milyon barel, II rübdə 0,64 milyon barel, III və IV rüblərdə isə 0,66 milyon barel səviyyəsində proqnozlaşdırılır.
İdarənin dəqiqləşdirilmiş məlumatına görə, 2023-cü ildə Azərbaycanda gündəlik 0,61 milyon barel maye karbohidrogen hasil edilib.*
N.Abbasova