Oktyabrda Azərbaycanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (ICCA) konqresi keçiriləcək. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
“3-5 oktyabr 2024-cü il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “ICCA Venue Business Workshop International 2024” adlı tədbir ICCA-nın dünyanın müxtəlif ölkələrindən olan 15-ə yaxın üzvünü bir araya gətirəcək”, - deyə məlumatda bildirilir.
Tədbir çərçivəsində 121 işgüzar görüşün keçirilməsi nəzərdə tutulur.
Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə bildirib ki, “ICCA Venue Business Workshop International 2024” iştirakçılara bu sahənin qabaqcıl şəxsləri ilə əlaqə yaratmaq, fikir mübadiləsi aparmaq və yeni tendensiyaları araşdırmaq üçün fürsət yaradacaq.*
X.Nəsirzadə