Bakı fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləməyə davam edəcək. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq. Biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Xurşidbanu Natəvanın Fransada heykəlinin təhqir olunması məsələsinə də toxunan prezident bu hadisə ilə ermənilərin Natəvanın Ağdamdakı məzarını qazmaları arasında müqayisə aparıb. “Burada bir oxşarlıq var”, - deyə Əliyev qeyd edib.*
B.Rüstəmbəyov