Əgər Zəngəzur dəhlizi açılmasa, Bakı Ermənistanla heç bir başqa yerdə sərhədi açmayacaq. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Onun sözlərinə görə, “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq”.
“Əgər dediyim marşrut (Zəngəzur dəhlizi – İF) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.*
R.Kərimov