Prezident İlham Əliyev hesab edir ki, Ermənistanla sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac yoxdur.
“Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O vurğulayıb ki, bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olacaq.
“Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”, - deyə Əliyev qeyd edib.*
B.Rüstəmbəyov