Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların yanvarda keçiriləcək iclasında bir məsələ müzakirə olunacaq.
“Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım”, - deyə Əliyev qeyd edib.*
B.Rüstəmbəyov