Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti 6 ədəd 6300 kVA 35/10 kV-luq güc transformatorunun satınalınmasına 1,1 milyon manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, bu məqsədlə "CİHAN CERAMİC" MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 1 milyon 132 min manatdır.
Transformatorların tədarükünün son tarixi – 20 avqust 2024-cü ildir. **
B.Rüstəmbəyov