Niderlandın "ING" şirkətinin analitikləri 2024-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,5% səviyyəsində proqnozlaşdırırlar.
“İnterfaks-Azərbaycan” "ING" şirkətinin proqnozlarına istinadən xəbər verir ki, 2025-ci ildə ölkədə ÜDM-in artımı 2,7% təşkil edəcək.
"ING" şirkətinin qiymətləndirmələrinə əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM-in 0,6% artıb.
Şirkətin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5% (2023-cü ildə - 9,1%), 2023-cü ildə - 5,6% təşkil edəcək.
"ING" şirkətində hesab edirlər ki, 2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 8% saxlayacaq. Şirkətin qiymətləndirmələrinə görə, 2025-ci ildə uçot dərəcəsi AMB tərəfindən mərhələli şəkildə 7%-dək endiriləcək.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM-in 2,4%, 2025-ci ildə isə 2,9% artacağını proqnozlaşdırır. 2024-cü il üçün orta illik inflyasiya üzrə proqnoz 5,3%, 2025-ci il üçün – 4,9% təşkil edir. **
A.Əzizov