Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $80,4 milyon satıb.
Yanvarın 9-da keçirilən hərracda banklara $74,9 milyon məbləğində xarici valyuta satılmışdı.
“Yanvarın 11-də keçirilən hərracda tələb $80,4 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir. **
B.Rüstəmbəyov