20 il ərzində Azərbaycanda qeyri-neft ÜDM-də turizm sektorunun payı 4 dəfə artıb. Bu barədə “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bəyan edib.
«20 il - 2003-2023-cü illərdə turizm sektorunun qeyri-neft ÜDM-də payı təxminən 4 dəfə artıb - 0,7%-dən 3,4%-ə qədər», - Qəhrəmanov cümə axşamı Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.
O, həmçinin qeyd edib ki, hesabat dövründə qida obyektlərində işçilərin sayı 6,5 dəfə, turizm sahəsində məşğul olanların sayı 4,1 dəfə, turistlərin sayı 3 dəfədən çox artıb. **
X.Nəsirzadə