Elm və Təhsil Nazilriyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Ağdam şəhər (Qarabağ regionu) 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının və 2 nömrəli 960 şagird yerlik tam orta məktəb binasının tikitisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasına “PBA” QSC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, şirkətlə müvafiq olaraq 160 min manat (körpələr evi-uşaq bağçasınınlayihə-smeta sənədlərinin hazırlanması) və 200 min manat (orta məktəb binasının tikitisi üzrə layihə-smeta sənədlərinin hazırlanması) dəyərində müqavilələr imzalanıb.
İşlərin icra müddəti – 30 mart 2024-cü ilə qədərdir. **
R.Kərimov