ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərq üçün iki variant gördüyünü bildirib: birincisi ərəb dövlətlərinin İsraillə münasibətlərinin normallaşması və Fələstin dövlətinin yaradılması üzərində işləri, ikincisi - İsrailə qarşı mübarizəyə yönələn qruplaşmaların hücumlarının davam etdirilməsini əhatə edir. Bu barədə cümə axşamı qərb mediası məlumat verir.
Dövlət katibinin fikrincə, indi bölgə üçün iki yol mövcuddur: birincisi «regional ölkələrdən və ABŞ-dan təhlükəsizlik zəmanətləri və öhdəlikləri ilə İsrailin inteqrasiyası, həmçinin, ən azı Fələstin dövlətinin yaradılması». İkinci yol «terrorizmin, nihilizmin, İran tərəfindən dəstəklənən HƏMAS, husilər, “Hizbullah” tərəfindən dağıntılar»ın davam etdirilməsidir. **