Vaşinqton İranı Oman körfəzində saxlanılan St. Nikolas tankerinin və onun heyətinin dərhal azad edilməsinə çağırıb. Bu barədə cümə axşamı ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bəyan edib.
«İran hakimiyyəti gəmini və onun heyətini dərhal azad etməlidir», - o brifinqdə bildirib.
Onun sözlərinə görə, bu «kommersiya gəmisinin qanunsuz ələ keçirilməsidir». Patel əlavə edib ki, «Tehran tərəfindən və ya İranın dəstəklədiyi bu cür hərəkətlər» «beynəlxalq ticarəti pozmağa» yönəlib.
Xəbər verildiyi kimi, göyərtəsinə hərbi formada şəxslərin soxulduğu St. Nikolas tankeri cümə axamı Oman sahilləri yaxınlığında marşrutu dəyişərək Djask limanı istiqamətində İrana yola düşüb
Daha sonra İran HDQ gəminin saxlanılması faktını təsdiqləyib. **