Azərbaycan 11-16 mart 2024-cü il tarixlərində Cənubi Koreyaya ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
“İxrac missiyasına qida, içki və sənaye məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan şirkətlərinin nümayəndələri daxil olacaq. İxracatçıların maksimum sayı 15-dir”, - deyə məlumatda bildirilir.
Missiyada iştirak etməkdə maraqlı olan şirkətlər təkliflərini 26 yanvar 2024-cü il tarixinədək təqdim etməlidir.
Müsabiqə “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 5 fevral 2024-cü il tarixində təşkil olunacaq.
Seçim zamanı aşağıdakı meyarlar əsas götürüləcək: sahibkarın istehsal və ixrac potensialı, ixrac təcrübəsinin olması.*
R.Əhmədov