2023-cü ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2022-ci illə müqayisədə 0,9% artaraq 29 milyard 276,6 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Operativ məlumatlara əsasən, ötən il ərzində elektrik enerjisi istehsalı İES-lərdə 27 milyard 160,4 milyon kVt·st, SES-lərdə 1 milyard 757,2 milyon kVt·st, digər mənbələr üzrə isə 359 milyon kVt·st təşkil edib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə külək elektrik stansiyalarında 56,6 milyon kVt·st, günəş elektrik stansiyalarında 79,4 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
2023-cü ildə elektrik enerjisinin ixracı 3 milyard 252,5 milyon kVt·st (2022-ci illə müqayisədə +8,3% - İF-Az), idxalı isə 211,8 milyon kVt·st (+54,5%) olub.*
N.Abbasova