Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib. Bu barədə yerli KİV-lər məlumat yayıb.
H.Mirzəyev bu postda general-leytenant Ənvər Əfəndiyevi əvəz edib.
Rusiyalı hərbi analitik, “Natsionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko H.Mirzəyevin təyinatını əlamətdar hadisə adlandırıb.
“Bu, həm xidmətlərin qiymətləndirilməsi, həm də Azərbaycan Ordusunun gələcək inkişaf meyllərinin göstəricisidir. ... Prezident İlham Əliyevin son dərəcə uğurlu, əsaslı və dəqiq kadr qərarıdır”, - deyə Korotçenko vurğulayıb.*
R.Kərimov