2023-cü ilin dekabr ayında Azərbaycanda gündəlik 482 min barel neft hasil edilib, noyabr ayında bu göstərici 492 min barel təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel (noyabrda 609 min barel) olub. Bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
OPEC+ razılaşması çərçivəsində Azərbaycanın 2023-cü ilin sonuna qədər gündəlik hasilat kvotası 684 min barel təşkil edib. Beləliklə, dekabrda Azərbaycan OPEC+ razılaşmasını 141,9% yerinə yetirib (OPEC+ kvotasından 202 min barel geri qalıb – İF).
2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.*
N.Abbasova