Azərbaycan hökuməti Gürcüstana 16 ceyran verib. Ceyranlar Nuqzar Zazanaşvili adına Samuxi qoruq ərazisinə (Kaxeti, Dedoplistskaro rayonu) buraxılıb. Bu barədə Gürcüstanın Mühafizə olunan ərazilər üzrə Agentliyi məlumat yayıb.
Ceyranların populyasiyasına yönəlmiş layihə Mühafizə olunan ərazilər üzrə Agentlik və Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2013-cü ildən həyata keçirilir.
Bu tədbir Gürcüstanda ceyranların populyasiyasının tam bərpası üçün bir addım olacaq.
Hazırda Samuxi qoruq ərazisində ceyranların sayı 300-ə çatır.*
Xəbərlər şöbəsi