ABŞ administrasiyası hesab edir ki, Yəməndə qiyamçı husilərə qarşı hava hücumları məqsədəuyğundur və genişmiqyaslı müharibənin qarşısını almağa kömək edə bilər. Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Biz Yəməndə müharibədə və ya hər hansı digər münaqişədə maraqlı deyilik”, - deyə o, bu gün brifinqdə bildirib.
Kirbinin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin addımları, xüsusilə hava zərbələrinin endirilməsi qərarı müharibənin qarşısını almaq məqsədi daşıyır.
“Bunlar əsaslandırılmış qanuni hərbi hədəflər idi”, - deyə o vurğulayıb.*