Yəməndəki husilərin hədəflərinə zərbələrin endirilməsi mütənasib və zəruri tədbirdir. Bunu ABŞ Prezidenti Co Bayden Senat və Nümayəndələr Palatasının spikerlərinə göndərdiyi məktubda bildirib.
“ABŞ-ın özünümüdafiə hüququ çərçivəsində atdığı bu zəruri və mütənasib addım beynəlxalq hüququn müddəalarını pozmur”, - deyə Bayden qeyd edib.
O, ABŞ-ın lazım gələrsə, gələcək təhdidlərə qarşı mübarizə aparmaq və hücumların qarşısını almaq üçün tədbirlər görməyə hazır olduğunu vurğulayıb.*