Türkiyə Hərbi Hava Qüvvələri yanvarın 13-də İraq və Suriyanın şimalında PKK-nın mövqelərinə hücum edib. Bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Aviazərbələr PKK qüvvələrinin İraqın şimalındakı bazaya hücumu nəticəsində 9 türk əsgərinin şəhid olmasına cavab olaraq endirilib.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, neft müəssisələri, sığınacaqlar və bunkerlər daxil olmaqla PKK-nın 29 obyekti məhv edilib. Məlumata görə, bu infrastrukturdan PKK komandirləri də istifadə edirdi.
Ankara bəyan edib ki, Suriya və İraqda PKK-nın nəzarətində olan istənilən infrastruktur və enerji obyektləri Türkiyə hərbçiləri üçün qanuni hədəfdir.*