2023-cü ildə Azərbaycanda pensiya ödənişlərinə 5,7 milyard manat yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“2023-cü ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 16% və ya 781 milyon manat çox olmaqla 5 milyard 726 milyon manat yönəldilib”, - deyə məlumatda bildirilir.
Həmin dövrdə pensiyaların orta aylıq məbləği 17% artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği isə 17% artaraq 467 manata çatıb.*
X.Nəsirzadə