İrəvan İran kimi eyni şərtlərlə Bakıya öz ərazisindən Naxçıvan Muxtar Respublikası ilə bağlantını təmin edən yol verməyə hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan da İran kimi eyni şərtlərlə Naxçıvana yol verməyə hazırdır. Biz dəmir yolu və avtomobil əlaqəsini təmin etməyə hazırıq”, - deyə Paşinyan rəhbərlik etdiyi partiyanın təşəbbüs qrupunun iclasında bildirib.*