Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalamağı təklif edib.
O, rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının təşəbbüs qrupunun iclasında bildirib ki, Ermənistan və Azərbaycan bu sənədlə silahlarla bağlı sazişlərin yerinə yetirilməsinə qarşılıqlı nəzarət etmək imkanı əldə edəcək.
Paşinyan, həmçinin qeyd edib ki, İrəvan Bakıya yeni müharibənin başlanmasını qeyri-mümkün edən sülh sazişi imzalamağı təklif edir.*